Bakı. Trend:
Bu gün tərəfimizdən imzalanan 2025-2026-cı illər üzrə Qazaxıstan və Azərbaycan xarici işlər nazirləri arasında tədbirlər planı əməkdaşlığın çoxşaxəli sahələrini əhatə edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə Astanada keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Yüksək və yuxarı səviyyədə, həmçinin parlament sahəsindəki fəallıq bütün isitqamətlərdə strateji tərəfdaşlığımızın formalaşmasında vacib rol oynayır. Azərbaycan Respublikası prezidentinin Qazaxıstana iki səfəri və Qazaxıstan Respublikası prerzidentinin ölkəmizə ötən il etdiyi 3 səfər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan və Qazaxıstanın Yüksək Dövlətlərarası Şurası, xarici işlər nazirlikləri arasında siyasi müşavirələr, həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə birgə hökümətlərarası komissiya kimi mexanizmlər bizim tərəfdaşlığın daha sistematik və dayanıqlı inkişafına töhvə verir.
Bu gün tərəfimizdən imzalanan 2025-2026-cı illər üzrə Qazaxıstan və Azərbaycan xarici işlər nazirləri arasında tədbirlər planı əməkdaşlığın çoxşaxəli sahələrini əhatə edir”, -deyə o bildirib.