Bakı. Trend:
Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Göyçay rayonu ərazisində keçirilən növbəti tədbir zamanı tullantıların urnalardan kənara atılması aşkar edilib.
"Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə rayon sakini olan 5 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.