...

XIX əsrə qədər Cənubi Qafqazda ermənilərin hər hansı mədəni irsə aid iddiasının heç bir əsası yoxdur - İcma sədri

Siyasət Materials 11 Mart 2025 10:49 (UTC +04:00)
XIX əsrə qədər Cənubi Qafqazda ermənilərin hər hansı mədəni irsə aid iddiasının heç bir əsası yoxdur - İcma sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

XIX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan torpaqlarına köçürülüb gətirilən ermənilərin bu ərazilərdəki həmin tarixə qədərki hər hansı mədəni irs nümunəsinə bu və ya digər şəkildə iddiasının heç bir əsası yoxdur.

Trend xəbər verir ki, bunu bu gün Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın 1987-1991-ci illərdəki sonuncu deportasiyası həmin çirkin siyasəti son 200 ildə addım-addım həyata keçirən ermənilər və Ermənistan hakimiyyəti üçün növbəti fürsət olub:

“Çar Rusiyasının Cənubi Qafqazı işğalı ilə başlayan bu proses XXI əsrdə dağıdıcı sonluğa yaxınlaşırdı ki, qüdrətli Azərbaycan Respublikası bu bədnam prosesin qarşısını aldı və bölgədə söz sahibinə çevrildi”.

İcma sədri bildirib ki, indi Azərbaycan təkcə işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışı təmin etmir, eyni zamanda sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızın pozulan hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görür.

“Bu yolda alim və ziyalılarımızın üzərinə də böyük vəzifələr düşür. Bu vəzifə ilk növbədə Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymaqdan, erməni saxtakarlıqlarını sona qədər ifşa etməkdən və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Son zamanlar tədqiqatçılarımızın İrəvan şəhərində azərbaycanlıların son izlərini özündə yaşadan Təpəbaşı yaşayış massivi ilə bağlı ortaya çıxardığı faktlar, Ermənistan dövlətinin bu ərazidəki məscid və tarixi tikililəri yox etmək planları ilə əlaqədar çaldıqları həyəcan təbili bir daha sübut etdi ki, ermənilərin bölgədə Azərbaycan mədəni irsini yer üzündən silmək siyasəti bu gün də davam edir. Çox təəssüf ki, Azərbaycan alim və ziyalılarının, Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı UNESCO və digər beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər hələ də nəticəsiz qalmaqdadır.

Məhz bu səbəbdən yer adlarının dəyişdirilməsi ilə müşayiət olunan və xalqımızın izlərini birdəfəlik silməyə hesablanan prosesin ifşası üçün bu gün “Böyük Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kimi tədqiqat əsərlərinin ortaya qoyulması olduqca vacibdir. Amma nəzərə almaq lazımdır ki, belə kitablarda faktların dəqiqliyinə xüsusi diqqət vermək son dərəcə vacibdir”, - deyə Ə.Ələkbərli fikrini yekunkaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti