...

Azərbaycan "yaşıl" enerjinin elektrik istehsalında payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir - Elnur Əliyev

Yaşıl iqtisadiyyat Materials 11 Mart 2025 11:42 (UTC +04:00)
Azərbaycan "yaşıl" enerjinin elektrik istehsalında payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir - Elnur Əliyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "yaşıl" enerjinin elektrik istehsalında payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O, əvvəlcə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa və yenidənqurma işlərinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun həyata keçirildiyini diqqətə çatdırıb: "Buna görə də, İspaniya şirkətlərinin bu layihələrdə fəal iştirak etməsindən məmnunuq. Bundan əlavə, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji sektorunda əhəmiyyətli potensiala malikdir və yaşıl enerji zonaları kimi müəyyən edilir. Hesablamalara görə, regionda 7,2 giqavat günəş enerjisi və 2 giqavat külək enerjisi potensialı var. Biz bu potensialdan istifadə etmək və onun payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. 2030-cu ilə qədər bərpa olunan enerji ümumi enerji istehsalının 30%-nə çatacaq".

E. Əliyev qeyd edib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə regionun ən böyük günəş qurğularından biri olan 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisinə başlanıb.

"Bu layihə təkcə bizim təmiz enerjiyə sadiqliyimizi nümayiş etdirmir, həm də Azərbaycanın bərpa olunan enerji sektoruna olan etimadı və beynəlxalq investorların etimadını göstərir", - deyə E.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti