...

Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar və məhsullar müəyyənləşib

Cəmiyyət Materials 11 Mart 2025 11:13 (UTC +04:00)
Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar və məhsullar müəyyənləşib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır:

- Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;

- Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti