Bakı. Trend:
Finlandiyanın Olkiluoto-3 (OL3) atom elektrik stansiyasında təxminən 100 kubmetr soyuducu maye sızması baş verib. Hadisə martın 7-də cari təmir işləri zamanı meydana gəlib.
Trend xəbər verir ki, Teollisuuden Voima (TVO) stansiyanın operatorunun mətbuat xidməti sızmanın səbəbini kadr səhvi ilə əlaqələndirib: reaktor hovuzundakı lyuklardan biri tam bağlanmayıb.
TVO-nun məlumatına görə, operativ tədbirlər sayəsində fəsadlar minimuma endirilib. Şirkət hadisənin personal, ətraf mühit və ya zavodun fəaliyyəti üçün təhlükə yaratmadığını bildirib.