Bakı. Trend:
Tokionun Şinjuku dairəsində naməlum şəxs video yayımı zamanı bir qıza bıçaqla hücum edib.
Trend NHK agentliyinə istinadən xəbər verir ki, hadisə Takadanobaba bölgəsində baş verib.
İlkin məlumatlara görə, 20-30 yaşlı qadın canlı yayımda olarkən naməlum şəxs ona baş, boyun və qarın nahiyəsindən bıçaqla zərbələr endirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. FNN televiziya kanalının məlumatına görə, qurbanın "ürək-ağciyər tutulması" vəziyyətində olduğu ehtimal edilir, lakin dəqiq diaqnoz yalnız həkimlər tərəfindən qoyula bilər.
Hücum edən şəxs artıq saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.