Bakı.Trend:
Dövlət Məşğulluq Agentliyinin tərəfindən respondentlər arasında
keçirilən sorğunun nəticələrinə əsasən
abituriyentlərin 65%-i ixtisas və qrup seçimlərini şəxsən özləri,
20%-i ailəsinin məsləhəti, 7%-i isə müəllimlərinin tövsiyəsi ilə
etdiklərini bildiriblər.
Trend bu barədə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hər 3 abituriyentdən biri tam istəmədiyi və ya məcburiyyət qarşısında qaldığı ixtisası seçir. Tələbələrin 41%-i şəxsi təşəbbüsləri ilə bakalavr təhsilləri boyunca təcrübə proqramında iştirak ediblər. Respondentlərin yalnız 51%-i çalışdıqları işin təhsil aldığı ixtisasla üst-üstə düşdüyünü, 47%-i isə hazırki iş yerinin bakalavr təhsili müddətində planladığı karyerasına uyğun olduğunu bildirir.
Hazırki iş yerinin planladığı karyerasına uyğun olmadığını bildirən respondentlərin 64%-i bunun səbəbinin əmək bazarı ilə birbaşa bağlı olduğunu, 36%-i isə karyeralarını düzgün planlamaması, düzgün və uyğun olmayan seçim etmələri ilə əlaqəli olduğunu bildirir. İşçilərin 59%-i aldıqları maaşın bazar dəyərlərinden daha aşağı olduğu fikrindədir.
Respondentlərin 88.67%-i universitetin, 91.09%-i isə ixtisasın karyera uğurunda önəmli yer tutduğunu bildirir”,-deyə məlumatda qeyd edilib