...

Fransa səfirin açıqlaması ksenofob mahiyyət daşıyır - Qərbi Azərbaycan İcması

Cəmiyyət Materials 19 Dekabr 2024 17:37 (UTC +04:00)
Fransa səfirin açıqlaması ksenofob mahiyyət daşıyır - Qərbi Azərbaycan İcması
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi çox uğursuz alınmışdır.

Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Jozep Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir",- deyə bəyanatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti