...

Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminar keçirilib (FOTO) ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Dekabr 2024 09:56 (UTC +04:00)
Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminar keçirilib (FOTO) ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

BakıTrend:

Bakıda Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminar keçirilib.

Trend xəbər verir ki, seminar Ombudsman Aparatı və Beynəlxal Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq hüququn tətbiqində müsbət təcrübələr və problemlər mövzusuna həsr olunub.

Seminarda Azərbaycan Respublikasının aidiyyatı üzrə dövlət orqanlarının nümayəndələri və beynəlxalq təşkilatın Bakı Ofisinin rəhbəri iştirak edib.

Seminarda Müdafiə Nazirliyinin əməkdaşı, kapitan Səlim Əhmədov çıxışında deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə atəş açıb.

"Gəncə və Bərdə şəhərlərində mülki əhalini atəşə tutub. Nəticədə xeyli vətəndaşımız həlak olub. Mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 175 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 29 nəfər həlak olub. 19 nəfər kişi, səkkiz nəfər qadın, iki nəfər isə uşaq olub. Bu hücum zamanı ümumilikdə isə 112 nəfər yaralanıb, 71 kişi, 26 qadın, 15 uşaq ciddi xəsarət alıb",- deyə o qeyd edib.

Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Həbs qrupunun rəhbər Mareh Shervashidze qeyd edib ki, ötən il BQXK dünyada saxlama və həbs yerlərinə başçəkmələrinin sayı 2564 olub.

"Baş çəkilmiş saxlama və həbs yerləri 885, saxlanılan şəxslərin sayı isə 837 min 29 nəfər olub. Qeydiyyata aldığımız və işini təqib etdiyimiz saxlanılan şəxslər 14 min 20 (1,524 PoW, 1,382 CIV int.) nəfər olub. Başçəkmələrin həyata keçirildiyi kontekstlərin sayı isə 84-dür”,- deyə o qeyd edib.

Öz növbəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı əlavə edib ki, müharibə dövründə və müharibədən sonra Azərbaycan tərəfi Ermənistanda fəaliyyət göstərən BQXK-ya orada saxlanılan azərbaycanlıların müdafiəsi ilə bağlı dəfələrlə müraciət edib.

“Təəssüf hissi ilə bildirirəm ki, heç onlar da azərbaycanlıları müdafiə edə bilmirdilər. Lakin biz müharibə dövründə də, müharibədən dərhal sonra da saxlanılan ermənistanlıların ailələri ilə əlaqə saxlamasını təmin edirdik”, - o qeyd edib.

Bundan başqa, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova vurğulayıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılma yerlərinə baş çəkirsə orda gördükləri barədə hesabat hazırlayır.

"Bu hesabatlar gizlidir və belə hesabatlar poçtla göndərilmir. Məlumatlar əlbəəl verirlir. Belə hesabatlar ancaq səlahiyyətli qurumla bölüşülür. Saxlanılma yerlərinə baş çəkmələrdə ancaq xarici vətəndaşlar iştirak edir. Heç bir yerli vətəndaş öz ölkəsində saxlanılan şəxslərə baş çəkmədə iştirak etmir",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti