Bakı.Trend:
10 Noyabr 2020-ci ildən bu günə qədər işğaldan azad edilmiş torpaqlarda 178 min 145.4 ha ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmətizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş piyada əleyhinə mina 35 min 194, tank əleyhinə minaların sayı isə 21 min 84 ədəd olub.
"Aşkar olunmuş partlamamış hərbi sursatların sayı isə 120 min 233-dür. Cəmi resurslar: 2482 əməliyyat heyəti, 164 MAİ-lər və 85 minatəmizləyən maşınlardır.
Bu ilin iş planı çərçivəsində təmizlənən ərazi 60 530,7 ha (onlardan 19 804,6 ha isə yaşayış ərazisi) təşkil edir. Təmizləmə göstəricilərinin illik 65 min hektara çatdırılması planlaşdırılır", - deyə məlumatda qeyd edilib.