Bakı. Trend:
TTKF üç il ərzində ən çox kredit rəsmiləşdirmiş universitetlerin siyahısını təqdim edib.
Trend xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Fondun 3 illik fəaliyyətinə dair keçirilən media brifinqdə məlumat verib.
O qeyd edib ki, ilk onluq siyahıya daxil olan universitetlər aşağıdakı kimidir:
"İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Texniki Universitet, Bakı Dövlət Universiteti, Koorperasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Baki Biznes Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Mingəcevir Dövlət Universiteti və Odlar yurdu Universiteti yer tutur".