Bakı. Trend:
“Google”un yeni süni intellekt modeli “Gemini 2.0 Flash Experimental”ı “Android” və “iOS” cihazlarında əlçatan edib.
Trend xəbər verir ki, “Gemini 2.0 Flash Experimental” “Google”un ən son və ən inkişaf etmiş süni intellekt modelidir.
Bu model əvvəlki versiyalardan iki dəfə sürətli və daha bacarıqlıdır.
Qeyd edək ki, "Gemini 2.0 Flash Eksperimental" kodlaşdırma, riyaziyyat, məntiq, və təlimat izləmə kimi mürəkkəb vəzifələrdə daha effektivdir.
Həmçinin mətn və şəkillərlə məzmun yarada, müxtəlif dilləri anlayıb danışa, “Google Axtarış” kimi alətlərdən istifadə edə bilərlər.