...

Türkiyə lirəsi dollar qarşısında tarixi minimuma endi

Dünya xəbərləri Materials 20 Dekabr 2024 15:22 (UTC +04:00)
Türkiyə lirəsi dollar qarşısında tarixi minimuma endi
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Dollar-lirə cütlüyünün məzənnəsi bu gün 0,7 faiz daha ucuzlaşaraq, 35,4 səviyyələrinə qədər düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, lirə son bir ildə 20 faiz dəyər itirib.

Məlumata əsasən, Türkiyədə son illərdə yüksək inflyasiya səbəbindən faiz dərəcələri 40 faizə qədər artırılsa da, USD/TRY valyuta cütlüyü yalnız bir istiqamətdə – bahalaşmaya doğru irəliləyib.

Bununla belə, Türkiyə Mərkəzi Bankının son aylarda nisbətən yüngülləşən inflyasiya şəraitini nəzərə alaraq uçot faiz dərəcəsini azalda biləcəyi ilə bağlı proqnozlar var. Son ayda inflyasiya 48 faizdən aşağı düşüb ki, bu da proqnozlardan aşağı göstəricidir.

Türkiyə Mərkəzi Bankı 2023-cü ilin may ayından başlayaraq yeni rəhbərliklə faiz siyasətini sərtləşdirib. Bir həftəlik repo faizləri 2023-cü ilin iyunundan 2024-cü ilin martına qədər 14 faizdən 50 faizə qaldırılıb. Lakin faiz artımları lirənin ucuzlaşmasını dayandıra bilməsə də, kəskin enişini neytrallaşdırıb.

Qeyd edilib ki, ABŞ dolları Federal Ehtiyat Sisteminin son iclasının ardından əksər valyutalara qarşı bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti