Bakı.Trend:
Bu ilin altı ayında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Azərbaycanda 1,127 itkin ailəsi sirdaşlar tərəfindən ziyarət edilib və onlardan 53-nə təməl psixososial dəstək göstərilib.
Bu barədə Trend-ə BQXK-dan məlumat verilib.
Bildirilib ki, eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət edilib.
"90 itkin ailəsi üzvü anım mərsimində iştirak edib. 28 sirdaş 2 ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərlə bağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaq bacarıqlarını artırıb. Ekshumasiya və eyniləşdirmə işlərinə cəlb olunmuş təşkilatları təmsil edən 11 əməkdaş, BQXK-nın dəstəyi ilə xaricdə keçirilən konfranslarda və təlim proqramlarında iştirak edib.
İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində çalışan dövlət qurumlarını təmsil edən 9 əməkdaş, BQXK-nın təşkil etdiyi təlimlərdən faydalanıb. Hakimiyyət orqanları tərəfindən həyata keçirilən ekshumasiya işlərinə texniki dəstək göstərmək üçün 3 rayona 3 sahə səfəri edilib", - məlumatda vurğulanıb.
Qeyd edilir ki, BQXK ekshumasiya və eyniləşdirmə işlərinə dəstək olaraq Azərbaycanın aidiyyəti dövlət qurumlarına müxtəlif vəsaitlər təqdim edib.
"1,126 nəfər arıçılıq layihəsi çərçivəsində təşkil edilmiş təlimlərdə iştirak edərək və maliyyə yardımı
alaraq bu sahədə fəaliyyətlərini genişləndirmək imkanı qazanıb. 706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmış şəxslər, mina qurbanlarının
ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar, ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb.
401 nəfər "Ağıllı bağçılıq" layihəsindən faydalanıb. Layihə iştirakçılarına ərzaq istehsal etmək üçün alətlər və toxumlar paylanıb. 383 nəfər mikro-iqtisadi təşəbbüslər layihəsi vasitəsilə dolanışıq vəziyyətini yaxşılaşdırıb. 300 nəfər quşçuluğa dəstək layihəsindən faydalanıb.
20 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb”,- deyə qurumdan məlumat verilib.