Bakı. Trend:
İmişlidə şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
"Dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır", - deyə Baş Prokurorluqda bildirilib.