Bakı. Trend:
3 il ərzində tələbələ və məzunlar üçün ödənişsiz təlimlər təşkil olunub.
Trend xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələri qurulub, 30-dan çox müəssisə ilə Anlaşma Memordumları imzalanıb.
"Beləliklə, 1000-dən çox tələbə təlimlərə cəlb olunub, 600-dan çox tələbə və məzun isə təcrübə proqramlarından yararlanıb" ,- deyə o qeyd edib.