Bakı. Trend:
"Tesla" şirkəti təkər təzyiqi monitorinq sistemindəki xəbərdarlıq işığı ilə bağlı problem səbəbindən 700 min avtomobili geri çağırır.
Trend xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının açıqlamasına görə, bu problem 2024-cü il istehsalı olan “Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və 2020-2025-ci illərin istehsalı olan “Model Y” modellərində qeydə alınıb.
"Tesla" şirkəti problemi həll etmək məqsədilə müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib.