Bakı. Trend:
Biz hər zaman Ali Baş Komandanımıza, Prezidentimizə inanmışıq ki, Şuşaya qayıdacağıq və inam heç zaman sarsılmayıb.
Bunu Trend-ə açıqlamasında Şuşaya sakini Məmmədova Fərəh deyib.
Onun sözlərinə görə, Allah şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizin ruhuna son nəfəsimizədək borcluyuq, onların ruhu qarşısında baş əyirik. Allah qazilərimizi qorusun.
"Hamının gözü olan Şuşada yaşamaq bizim üçün böyük qürurdur. Doğma Şuşada yenidən yaşamaq hər zaman arzumuz olub", -deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.