...

ABŞ HTŞ lideri əl-Colani haqqında mükafatı ləğv etdi

Turizm Materials 21 Dekabr 2024 05:57 (UTC +04:00)
ABŞ HTŞ lideri əl-Colani haqqında mükafatı ləğv etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Həyat Təhrir əş-Şam (HTŞ) terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani haqqında məlumat verənlər üçün təklif olunan 10 milyon dollarlıq mükafatın ləğv edildiyini elan edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Barbara Lif məlumat verib.

Suriyada keçid hökumətinin qurulması ilə bağlı danışıqlar aparmaq üçün Dəməşqə göndərilən ABŞ nümayəndə heyətinə rəhbərlik edən Lif, bu qərarın əl-Colaniyə şəxsən bildirildiyini qeyd edib.

Qeyd edək ki, əvvəllər əl-Colani haqqında məlumat üçün ABŞ tərəfindən böyük mükafat təklif olunurdu. ABŞ-ın bu qərarı HTŞ lideri ilə bağlı siyasətində dəyişikliyin işarəsi kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti