Bakı. Trend:
Bizə bu günü, doğma yurda qayıdışı yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rövşən Hümmətov deyib.
Onun sözlərinə görə, Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
"Allah həmişə dövlətimizi, bayrağımızı uca eləsin. Allah Azərbaycan dövlətini sevənləri var eləsin.
Bütün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtlamarını diləyirəm", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.