...

Şolz terror aktının baş verdiyi Maqdeburqa səfər edəcək

Dünya xəbərləri Materials 21 Dekabr 2024 01:49 (UTC +04:00)
Şolz terror aktının baş verdiyi Maqdeburqa səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolz dekabrın 21-də Maqdeburq şəhərinə səfər edəcək. Səfər, Milad bazarında avtomobilin insanları vurduğu terror aktı ilə bağlı olacaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Saksoniya-Anhalt əyalətinin baş naziri Rainer Haseloff məlumat verib.

"Bu gün kansler sabah gələcək və vəziyyəti bizimlə qiymətləndirəcək", – deyə Haseloff bildirib.

Dekabrın 20-də, Moskva vaxtı ilə saat 21:04 radələrində, qara rəngli BMW markalı avtomobilin sürücüsü Maqdeburqda Milad bazarında və uşaqlı ailələrin çox olduğu hissədə avtomobili qəsdən insanların üzərinə sürüb. İndiyədək biri uşaq olmaqla, iki nəfərin ölümü rəsmi olaraq təsdiqlənib. Saksoniya-Anhalt və Maqdeburq səlahiyyətliləri hadisəni terror aktı kimi qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti