...

Venesuelada 733 aksiya iştirakçısı azad edilib

Dünya xəbərləri Materials 21 Dekabr 2024 05:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela 2024-cü il prezident seçkilərindən sonra iğtişaşlarda iştirak etdiyinə görə 733 nəfəri azad edib.

Trend xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun informasiya və rabitə naziri Freddi Nyanez özünün Telegram kanalında yayımlayıb.

Məlumatda bildirilir ki, dekabrın 19-dan 20-dək ədliyyə orqanları prezident seçkilərindən sonra zorakılıq əməllərində təqsirləndirilən şəxslərin 200 işinə baxıb və ümumilikdə 733 vətəndaş azadlığa buraxılıb.

Qeyd olunur ki, seçkilərdən sonra baş verən ekstremist qrupların fəaliyyəti nəticəsində iki gün ərzində 28 nəfər həlak olub, 200-dən çox insan yaralanıb, 500-dən çox dövlət və şəxsi əmlak dağıdılıb.

Xəbər lenti

Xəbər lenti