...

İranın Suriyada heç bir rolu olmayacaq - Barbara Lif

Dünya xəbərləri Materials 21 Dekabr 2024 04:38 (UTC +04:00)
İranın Suriyada heç bir rolu olmayacaq - Barbara Lif
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, İranın Suriyada hər hansı bir rol oynamaq imkanının artıq mövcud olmadığını bildirir.

Trend xəbər verir ki, bu açıqlama ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif tərəfindən Dəməşqə səfərindən sonra keçirilən xüsusi onlayn brifinq zamanı səsləndirilib.

“Mənim indiyə qədərki müşahidələrimə əsasən, İranın Suriyada heç bir rolu olmayacaq. Əslində, belə də olmalıdır. İranın burada hansısa rol oynaya biləcəyini təsəvvür etmək çətindir. Niyə belə bir rol olmalıdır?” – deyə Lif vurğulayıb.

Eyni zamanda, o, Türkiyənin Suriyadakı mövqeyinin əhəmiyyətini xüsusi qeyd edib: “Türkiyənin, əlbəttə ki, Suriyada mühüm rolu var. Tarixi qonşuluğu və Suriyada milli təhlükəsizlik maraqları da daxil olmaqla, müxtəlif sahələrdə təsir gücünə malikdir”.

Xəbər lenti

Xəbər lenti