Bakı. Trend:
“Qarabağ” Futbol Klubu daha bir mərkəz müdafiəçisini itirib.
Trend xəbər verir ki, Misli Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirilən oyunda təcrübəli müdafiəçi Bədavi Hüseynov zədələnərək sıradan çıxıb. Klub həkimlərinin ilkin qiymətləndirməsinə görə, Hüseynovun təxminən 1 ay müddətində meydana çıxması mümkün olmayacaq.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl iki əsas müdafiəçisini itirmişdi. Bəhlul Mustafazadə və Kevin Medinanın zədələri hələ sağalmayıb. Eyni zamanda, yarımmüdafiəçi Aleksey İsayev də zədəli oyunçular siyahısındadır.
Son zədələr Ağdam təmsilçisinin müdafiə xəttində ciddi problemlərə səbəb ola bilər. Bu, komandanın qarşıdakı oyunlarda hansı taktiki dəyişikliklər edəcəyinə dair suallar doğurur.