Bakı. Trend:
Son bir həftə ərzində Türkiyənin 19 bölgəsində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 40 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikayanın sosial media hesabındakı paylaşımında bildirilir.
Qeyd edilir ki, Respublika Prokurorluqları və Jandarmanın Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə bölgələrdəki Jandarma Komandanlıqları tərəfindən Adıyaman, Ağrı, Antalya, Ardahan, Aydın, Burdur, Diyarbəkir, Hatay, Kahramanmaraş, Qars, Kilis, Manisa, Mersin, Muğla, Siirt, Şanlıurfa, Şırnak, Tekirdağ və Van bölgələrində PKK/KCK terror təşkilatına qarşı “Gürz-30” əməliyyatları keçirilib.
O, əməliyyatlar zamanı 40 şübhəlinin saxlanıldığını vurğulayıb.