...

Azərbaycanda 38 milyonluq BOKT-un İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibi müəyyənləşəcək

İqtisadiyyat Materials 21 Dekabr 2024 14:00 (UTC +04:00)
Azərbaycanda 38 milyonluq BOKT-un İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibi müəyyənləşəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Para” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin ("Para" BOKT ASC) İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibi müəyyən ediləcək.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Məlumata görə, gələn ilin fevralın 4-də BOKT-un səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bildirilib ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı ş. Nəsimi r. S. Vurğun 60 ünvanında olacaq. Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi, eləcə də 2024-cü ilin maliyyə hesabatının təsdiq edilməsi daxil edilib.

Qeyd edək ki, "Para" BOKT ASC 2007-ci ildə “Parabank” Səhmdar Kommersiya Bankı kimi dövlət qeydiyyatına alınıb. 2016-cı ildən isə “Para” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Nizamnamə kapitalı 38 887 000 manat olan BOKT-un qanuni təmsilçisi Quliyev Elnur Eldar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti