Bakı. Trend:
Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib.
O qeyd edib ki, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.
Xatırladaq ki, 2016-cı ilin dekabr ayında Berlində oxşar hadisə baş vermişdi. Braytşayd meydanında yük avtomobili Milad yarmarkasında insanların üzərinə sürülmüş, nəticədə 13 nəfər həlak olmuş, 70-dən çox insan yaralanmışdı.