...

Hakan Fidan Suriyanın yeni administrasiyası ilə görüşmək niyyətində olduğunu açıqlayıb

Siyasət Materials 21 Dekabr 2024 19:21 (UTC +04:00)
Hakan Fidan Suriyanın yeni administrasiyası ilə görüşmək niyyətində olduğunu açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə Suriyanın yeni administrasiyası ilə görüş keçirmək niyyətində olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Fransanın yerli telekanalına müsahibəsində deyib.

Hakan Fidan bu yaxınlarda Dəməşqdə Amerika nümayəndə heyətinin yeni administrasiyanın nümayəndələri ilə görüşünün əhəmiyyətini qeyd edib.

"ABŞ nümayəndələrinin səfərindən əvvəl artıq bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların nümayəndə heyətləri Dəməşqə gəlmişdi. Suriyanın yeni administrasiyası ilə təmasların qurulması prosesinin şahidi oluruq ki, bu da əlamətdar hadisədir", - deyə Türkiyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti