...

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə haqqında qanun layihəsini təsdiqlədi

Dünya xəbərləri Materials 21 Dekabr 2024 15:34 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin Senatı yerli vaxtla gecə yarısından sonra hökumətin işinin maliyyələşdirilməsini uzadan qanun layihəsini təsdiqləyib.

Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni seçilmiş prezidenti Donald Tramp bu layihəni dəstəkləyərək onu "Amerika xalqı üçün çox sərfəli bir razılaşma" adlandırıb.

Məlumata əsasən, qanun layihəsi hökumətin maliyyələşdirilməsini cari səviyyədə 14 mart tarixinədək saxlamağa, dövlət borcu limitinin iki illiyinə dayandırılmasına, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün təxminən 100 milyard dollar, fermerlərə iqtisadi yardım üçün isə 10 milyard dollar ayrılmasına imkan verir.

Bununla yanaşı, sənəd ilkin razılaşmada yer alan 1,5 min səhifəlik bir sıra siyasi müddəaların ləğvini də nəzərdə tutur. İndi qanun layihəsi Prezident Co Baydenə təqdim edilməlidir.

KİV-lərin məlumatına görə, Baydenin bu sənədi dərhal imzalayacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti