...

Bu agentlik 1,2 milyon manatlıq pikaplar alır

Tender müsabiqələri Materials 21 Dekabr 2024 16:52 (UTC +04:00)
Bu agentlik 1,2 milyon manatlıq pikaplar alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yeni pikap tipli minik nəqliyyat vasitələri alır.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, satın alınacaq pikap tipli minik nəqliyyat vasitələrinin sayı 20 ədəddir. Onların istehsal ilinin 2024-cü il, rənglərinin isə ağ olması əsas şərtlərdəndir.

ANAMA artıq bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb. Agentliyə sözügedən nəqliyyat vasitələrini "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək. Bunun müqabilində isə MMC-yə 1 milyon 222 min manat ödəniləcək.

Qeyd edək ki, ANAMA-ya avtomobilləri çatdıracaq şirkət - "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti