Bakı. Trend:
Fələstinin "HƏMAS", "İslami Cihad" və "Fələstinin Qurtuluşu Xalq Cəbhəsi" Qahirədə keçirdiyi görüşdə Qəzza zolağında nizamlanmaya dair İsrail tərəfi ilə razılığın əldə edilməsinin əvvəlkindən daha yaxın olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə üç hərəkatın "HƏMAS"ın "Telegram" kanalında dərc etdiyi bəyanatda deyilir.
" Üç fraksiya görüşündə, [İsrail ilə] razılıq əldə etmək imkanının əvvəlkindən daha da yaxınlaşdığını nəzərə alaraq, [İsrailin] Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasında maraqlı olduğu vurğulandı", - deyə qeyd olunub. Buna şərt olaraq İsrailin yeni şərtlər irəli sürməyi dayandırılması göstəriilib.