...

ABŞ Yəməndə husilərin komandanlıq məntəqələrinə hücumu təsdiqləyib

Dünya xəbərləri Materials 22 Dekabr 2024 03:57 (UTC +04:00)
ABŞ Yəməndə husilərin komandanlıq məntəqələrinə hücumu təsdiqləyib

Bakı. Trend:

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatının yəmənli husilərin komanda-nəzarət məntəqələrinə və raket anbarlarına hava zərbəsi endirdiyini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə komandalığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Sənada nəzarət etdikləri ərazilərdə İranın dəstəklədiyi husilərin idarə etdiyi raket anbarlarına və komanda-nəzarət məntəqələrinə hava zərbələri endiriblər", - deyə qeyd olunub.

Binanın Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə və ticarət gəmilərinə husilərin hücumları üçün əsas koordinasiya mərkəzi olduğu bildirilib.

Mərkəzi Komandanlıq qüvvələri həmçinin Qırmızı dəniz üzərində bir neçə pilotsuz uçuş aparatını (PUA) və gəmi əleyhinə qanadlı raketi vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti