Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 3,3 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 686 min ABŞ dolları və ya 26,6% çoxdur. 2024-cü ilin birinci rübündə bu məbləğ 2,6 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycana 38,9 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edilib ki, bu da, illik müqayisədə 864 min ABŞ dolları, yaxud da 2,3% çoxdur. Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 38,1 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar gətirilmişdi.
Hesablamalardan məlum olur ki, Azərbaycanın kakao idxalı ixracını 11,9 dəfə üstələyir.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanın kakao idxalı ümumi idxalın 0,69%-ini, ixracı isə ümumi ixracın 0,05%-ini təşkil edib.