...

Xüsusi mühafizə olunan təbiət əraziləri üçün fondun formalaşdığı mənbələrin siyahısı genişləndirilib

Cəmiyyət Materials 12 May 2025 15:47 (UTC +04:00)
Xüsusi mühafizə olunan təbiət əraziləri üçün fondun formalaşdığı mənbələrin siyahısı genişləndirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi mühafizə olunan təbiət ərazilərinin, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının və vəsaitlərinin formalaşdığı mənbələrin siyahısı genişləndirilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələrin (balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr istisna olmaqla) və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği də həmin siyahıya əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti