...

Britaniyanın Baş nazirinin evində yanğın baş verib

Dünya xəbərləri Materials 12 May 2025 20:39 (UTC +04:00)
Britaniyanın Baş nazirinin evində yanğın baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın Baş naziri Kir Starmerin Londonun şimalındakı evində yanğın baş verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində evin giriş qapısı zərər görüb. Yanğın zamanı xəsarət alan olmayıb və hadisə yerində polis kordonu hələ də qüvvədədir. Yanğın qeydə alınan ünvan Kir Starmerin Baş nazir seçilməmişdən öncə həyat yoldaşı və övladları ilə birlikdə yaşadığı ev olub.

O, seçkidə qələbə qazandıqdan sonra Baş nazirlərin rəsmi iqamətgahı olan “10 Downing Street”ə köçüb.

Polis baş vermiş yanğınla bağlı araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti