Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp “ABC News” müxbirinin yeni Roma papası ilə bağlı sualından hiddətlənib.
Trend xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.
Amerikalı jurnalist Marta Raditsin Ağ Ev rəhbərinin yeni pontifik XIV Leonun seçilməsində nə kimi rol oynadığını soruşub.
“O sual yersiz idi. Onun işi-gücü elə Trampladır. Bob Ayqer (ABC şirkətinin sahibi - red.) gərək aşağı reytinqli şouya yığdığı bədbəxtləri və “nifrətçilərin” məsələsinə baxsın!”, - deyə prezident öz sosial şəbəkə hesabında yazıb.