...

Fransa çempionatının oyunu azarkeş iğtişaşlarına görə dayandırıldı

İdman Materials 11 May 2025 01:45 (UTC +04:00)
Fransa çempionatının oyunu azarkeş iğtişaşlarına görə dayandırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Fransa çempionatının 33-cü turunda keçirilən “Havr” – “Marsel” oyunu tribunalarda baş verən iğtişaşlar səbəbindən dayandırılıb.

Trend-in məlumatına görə, görüş "Havr"ın ev stadionunda keçirilib.

Oyunun ikinci hissəsində “Havr” azarkeşləri meydançaya daxil olmağa cəhd ediblər. Baş hakim komandaları tunelə göndərərək matçı saxlayıb. Oyunun dayandırıldığı vaxt “Marsel” 1:0 hesabı ilə öndə idi.

Hazırda “Marsel” 59 xalla turnir cədvəlində ikinci, “Havr” isə 31 xalla 16-cı yerdə qərarlaşıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti