...

Microsoft “DeepSeek” süni intellektindən istifadəyə qadağa qoydu

Dünya xəbərləri Materials 11 May 2025 04:12 (UTC +04:00)
Microsoft “DeepSeek” süni intellektindən istifadəyə qadağa qoydu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin texnologiya nəhəngi "Microsoft", Çində məlumatların saxlanması ilə bağlı riskləri əsas gətirərək əməkdaşlarına “DeepSeek” süni intellektindən istifadə etməyi qadağan edib.

Trend xəbər verir ki, bu barədə "Microsoft"un prezidenti Bred Smit məlumat verib.

Onun sözlərinə görə, qadağaya səbəb Çində məlumatların saxlanma təhlükəsi və süni intellekt modelinin cavablarına potensial xarici təsirlər ola bilər.

Qeyd olunur ki, bu, "Microsoft"un ilk dəfə belə bir məhdudiyyəti rəsmi şəkildə tətbiq etməsidir. Şirkətin rəqibi olan “DeepSeek R1” modeli "Microsoft Azure" platformasında yerləşdirilsə də, işə salındıqda istifadəçilərə onun təhlükəsizlik yoxlamasından keçdiyi barədə bildiriş göstərilir.

“TechCrunch” nəşrinin yazdığına görə, “DeepSeek” "Microsoft"un "ChatGPT"yə əsaslanan “Copilot” süni intellekt köməkçisi ilə rəqabət aparır. Bununla belə, "Microsoft"un rəqib məhsullara münasibəti seçici xarakter daşıyır – məsələn, “Perplexity” "Microsoft Store"da mövcuddur, lakin “Google Gemini” orada yer almır.

"Microsoft"un “Copilot” platforması istifadəçilərə şəkil və mətn yaratmaq, məlumatları analiz etmək, axtarış aparmaq, kod yazmaq və digər funksiyalardan istifadə imkanı verir.

Xəbər lenti

Xəbər lenti