...

ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 10 May 2025 21:02 (UTC +04:00)
ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Tennessi ştatında 4.1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidmətinin (USGS) bildirdiyinə əsasən, yeraltı təkanlar Atlantada, Şimali Karolinanın qərb hissəsində və digər yaxın ərazilərdə hiss olunub.

Zəlzələnin episentri Tennessi ştatının Qrinbek şəhərindən təxminən 20 kilometr aralıda, Noksvil şəhərindən isə təqribən 48 kilometr cənubda yerləşib.

Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti