...

"Çelsi" Rafael Leao üçün danışıqlara başlayıb

İdman Materials 11 May 2025 06:44 (UTC +04:00)
"Çelsi" Rafael Leao üçün danışıqlara başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Milan"ın ulduz futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend-in Caught Offside nəşrinə istinadla verdiyi məlumata görə, "Çelsi" portuqaliyalı hücumçunu transfer etmək niyyətindədir və artıq "Milan"la ilkin danışıqlara start verib.

London klubu 25 yaşlı vingerin heyətinə qatılmasına ciddi maraq göstərir. İtaliya təmsilçisi isə Leaonu satmaq üçün 70 milyon avro tələb edir.

Xatırladaq ki, Rafael Leao 2019-cu ilin avqustunda Fransanın "Lill" klubundan "Milan"a transfer olunub. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyasında və digər turnirlərdə "Milan"ın heyətində 48 rəsmi matçda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti