Bakı. Trend:
ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə 22 maddədən ibarət sülh planı hazırlayıblar.
Trend-in məlumatına görə, bu barədə “NBC News” öz mənbələrinə istinadən xəbər yayıb.
Məlumata əsasən, sənəddəki əsas bəndlərdən biri 30 günlük atəşkəsin elan olunmasını nəzərdə tutur. Sənəddə, həmçinin ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi ilə bağlı müddəa da yer alıb.
Bu plan Rusiya ilə münaqişənin diplomatik yolla tənzimlənməsi istiqamətində aparılan gizli danışıqların bir hissəsi hesab olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moskva ilə Kiyev arasında danışıqların ilkin şərtlər olmadan və ləngimədən mayın 15-də İstanbulda başlanmasını təklif etmişdi.