Bakı. Trend:
11 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında
telefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki,
telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq
çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli
çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq
təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s.
istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini
nəzərdən keçiriblər.
Nazirlər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq
istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını
bildiriblər.
Telefon danışığı zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran
ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.