Bakı. Trend:
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı (bundan sonra Filial) 2025/2026-cı tədris ili üçün magistraturaya aşağıdakı istiqamətlər üzrə qəbul elan edir:
Hazırlıq istiqamətləri və təhsil proqramları |
Qəbul planı |
Dövlət sifarişli yerlərin sayı |
Ödənişli yerlərin sayı |
Filologiya fakültəsi |
|||
060201 Filologiya |
15 |
11 |
4 |
Təhsil proqramı “Dilşünaslıq” (rus dili) |
4 |
3 |
1 |
Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus dili ədəbiyyatı) |
3 |
2 |
1 |
Təhsil proqramı “Dilşünaslıq” (ingilis dili) |
4 |
3 |
1 |
Təhsil proqramı “Dilşünaslıq” (italyan dili) |
4 |
3 |
1 |
Tətbiqi riyaziyyat fakültəsi |
|||
060509 Kompüter elmləri (təhsil proqramı “Riyazi modelləşdirmə”) |
6 |
5 |
1 |
Kimya fakültəsi |
|||
060504 Kimya |
9 |
6 |
3 |
Təhsil proqramı “Üzvi kimya” |
3 |
2 |
1 |
Təhsil proqramı “Fiziki kimya” |
3 |
2 |
1 |
Təhsil proqramı “Neft kimyası” |
3 |
2 |
1 |
Psixologiya fakültəsi |
|||
060209 Psixologiya |
14 |
12 |
2 |
Təhsil proqramı “İnkişaf psixologiyası” |
7 |
6 |
1 |
Təhsil proqramı “Klinik psixologiya (koqnitiv və emosional pozuntuların klinik və psixoloji reabilitasiyasi)” |
7 |
6 |
1 |
İqtisadiyyat fakültəsi |
|||
060407 Menecment (təhsil proqramı “Beynəlxalq biznes”) |
12 |
10 |
2 |
Fizika fakültəsi |
|||
060503 Fizika |
8 |
6 |
2 |
Təhsil proqramı “Bioloji sistemlər fizikası” |
4 |
3 |
1 |
Təhsil proqramı “Nanohissəciklər fizikası” |
4 |
3 |
1 |
Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialın magistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında 55 və daha artıq bal toplamalıdırlar.
Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul imtahalarında topladıqları ballar və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi müsahibədən uğurla keçdikdən sonra DİM-in keçirdiyi test imtahanında iştirak etmədən Filialın qəbul imtahanlarına buraxılırlar.
Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası
büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün
magistraturada illik təhsil haqqı 2500 AZN,
Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistratura
səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış
əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan
Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə
illik 1800 ş.v. (şərti vahid) təşkil edir.
DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul
sınaqlarında toplanan ballara əlavə edilmir, müsahibədən keçdikdən
sonra bu yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak
hüququ verir və yekun nəticəyə təsir göstərmir.
Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumi müsabiqədə iştirak edirlər.
Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının fakültələrindən birinə qəbul oluna bilərlər.
“Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrə magistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsil proqramı üzrə iştirak edə bilər. Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasında göstərməlidir (əsas prioritet ixtisasi əvvəldə göstərilməlidir). Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsas prioritet təhsil proqramına müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarına olan müsabiqədən çıxır. Əsas prioritet təhsil proqramına olan müsabiqədən keçməyən şəxs göstərdiyi prioritet siyahısına əsasən digər təhsil proqramına olan ümumi müsabiqədə iştirakına davam edir.
“Filologiya” istiqaməti üzrə magistraturaya qəbul olmaq istəyən şəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaq haqqında ərizə verə bilər.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura pilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu 12 may – 13 iyun 2025-ci il tarixlərində elektron qaydada keçiriləcək (qeydiyyat 16:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.edu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.
Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİ
seriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqında
sənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin
seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri
olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat
sistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarını
göstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları və
Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması
haqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.
MÜSAHİBƏNİN KEÇİRİLMƏ FORMATI ƏYANİDİR (rus dilində).
Müsahibə Bakı şəhəri, Binəqədi r-nu, Xocasən qəsəbəsi, Universitet
küçəsi, 1 ünvanında (müsahibənin keçirilmə vaxtı: 17 iyun 12:00-da
, saat 10.00-da keçiriləcək imtahan məsləhətindən sonra) olacaqdır.
Müsahibədən keçməyən şəxslər qəbul imtahanlarına
buraxılmır.
İMTAHANIN KEÇİRİLMƏ FORMATI – ƏYANİDİR. İmtahan Binəqədi r-nu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcəkdir. İmtahana gələn şəxs özü ilə aşağıdakı sənədləri gətirməlidir:
Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.
Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulu tarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakı filialının saytında yerləşdirilir.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcəkdir:
Fakültə, hazırlıq istiqaməti, təhsil proqramı |
Qəbul imtahanı |
Tarix |
|
060201 |
Filologiya fakültəsi |
||
Təhsil proqramı “Dilşünaslıq” (rus dili) |
Filologiya (yazılı) |
18 iyun (10:00) |
|
Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus dili ədəbiyyatı) |
Filologiya (yazılı) |
18 iyun (10:00) |
|
Təhsil proqramı “Dilşünaslıq” (ingilis dili) |
Filologiya (yazılı) |
18 iyun (10:00) |
|
Təhsil proqramı “Dilşünaslıq” (italyan dili) |
Filologiya (yazılı) |
18 iyun (10:00) |
|
Tətbiqi riyaziyyat fakültəsi |
|||
060509 |
Təhsil proqramı “Riyazi modelləşdirmə” |
Riyaziyyat (yazılı) |
18 iyun (10:00) |
Kimya fakültəsi |
|||
060504 |
Təhsil proqramı “Üzvi kimya” |
Kimya (yazılı) |
18 iyun (10:00) |
Təhsil proqramı “Fiziki kimya” |
Kimya (yazılı) |
18 iyun (10:00) |
|
Təhsil proqramı “Neft kimyası” |
Kimya (yazılı) |
18 iyun (10:00) |
|
060209 |
Psixologiya fakültəsi |
||
Təhsil proqramı “İnkişaf psixologiyası” |
Psixologiya (yazılı) |
18 iyun (10:00) |
|
Təhsil proqramı “Klinik psixologiya (koqnitiv və emosional pozuntuların klinik və psixoloji reabilitasiyasi)” |
Psixologiya (yazılı) |
18 iyun (10:00) |
|
İqtisadiyyat fakültəsi |
|||
060407 |
Təhsil proqramı “Beynəlxalq biznes” |
Menecment (yazılı) |
18 iyun (10:00) |
İngilis dili (yazılı) |
18 iyun (13:00) |
||
Fizika fakültəsi |
|||
060503 |
Təhsil proqramı “Bioloji sistemlər fizikası” |
Fizika (yazılı) |
18 iyun (10:00) |
Təhsil proqramı “Nanohissəciklər fizikası” |
Fizika (yazılı) |
18 iyun (10:00) |
Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adına verilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdə həyata keçirilir.
Magistratura proqramları üzrə təhsil üçün qəbul olmaq haqqında şəxsi ərizəyə qeydiyyatdan keçdikdən sonra müsahibədə iştirak üçün aşağıdakılar əlavə edilməlidir (sənədlər [email protected] elektron poştuna göndərilməlidir):
- şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;
- ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi (diplom olmadığı halda qəbul olmaq istəyən şəxs MDU-nun Bakı Filialının məzunu deyilsə, magistraturaya qəbul üçün təhsil aldığı universitetdən verilmiş arayışı [email protected] elektron poçtuna göndərməlidir)
- 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);
- xasiyyətnamə:
a) məzunlara-universitetinin dekanlığından;
b) işləyənlərə-iş yerindən;
c) işləməyən şəxslərə-yaşayış yerindən.
- “ASAN xidmət” mərkəzlərindən məhkumluğun olmaması barədə arayış AR vətandaşları üçün (AR vətəndaşlığı olmayan şəxslər üçün — yaşayış yerindən) ;
- hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün).
Ulduzla işarələnmiş növbəti üç arayışı tədris ilinin əvvəlində “M.V.Lomonosov adına MDU-nun Bakı filialının yataqxanasında daxili nizam-intizam qaydalarına” uyğun olaraq yaşayış hüququna malik qəbul olunmuş magistrantlar təqdim etməlidirlər. Arayışlar ödənişsizdir və mütləq şəkildə göstərilən ünvanlardan alınmalıdır:
- * Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda flüoroqrafiya müayinəsindən keçmə haqqında arayış. Ünvan: Bakı ş., Nizami r., M.Şərifli küç., 163;
- * Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən arayış. Ünvan: Bakı ş., Nərimanov r., İ. Hidayətzadə küç., 16;
- * Bakı Şəhər Narkoloji Mərkəzdən arayış. Ünvan: Bakı ş., Yasamal r. , A.M. Şərifzadə küç., 229.
Aşağıdakı məlumata diqqət yetirməyinizi xahiş edirik:
Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər. Şəxsi işin formalaşdırılması zamanı Filial tərəfindən yuxarıda göstərilməyən əlavə arayışlar tələb oluna bilər. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları və metodlarından geniş istifadə edilir. Təhsil rus dilində, əyani və gündüzdür. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu verilir. “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteri daşıyır. Magistrantlar ayrı-ayrı trimestrlər çərçivəsində Moskvada təhsil alırlar. “Kimya” hazırlığı istiqaməti üzrə magistr dissertasiyası MDU-nun kimya fakültəsində Moskva şəhərində yerinə yetirilir. “Filologiya” hazırlığı istiqaməti üzrə magistrantlar üçün xaricdə yay dil təcrübəsi nəzərdə tutulmuşdur.
E-mail: [email protected]
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)