...

ABŞ-də dərmanlar ucuzlaşacaq - Tramp

Dünya xəbərləri Materials 12 May 2025 06:07 (UTC +04:00)
ABŞ-də dərmanlar ucuzlaşacaq - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp reseptlə satılan dərmanların qiymətini demək olar ki, dərhal 30-80% azaltmağa kömək edəcək sərəncam imzalayacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində məlumat verib.

ABŞ lideri bu sənədi ölkə tarixində ən mühüm icra sərəncamlarından biri adlandırıb.

Onun sözlərinə görə, sənəd mayın 12-də səhər saat 9:00-da imzalanacaq. ABŞ prezidenti sərəncamın təfərrüatlarını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti