Bakı. Trend:
Cari ilin birinci rübündə Azərbaycandan 9,7 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları, yaxud da 15,5% azdır. Ötən ilin yanvar-mart aylarında bu məbləğ 11,5 milyon ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycana 26,6 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub ki, bu da, illik müqayisədə 230 min ABŞ dolları, yaxud da 0,9% çoxdur. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycana 26,4 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilmişdi.
Hesablamalardan aydın olur ki, bəhs olunan dövrdə tütün idxalı ixracını 2,7 dəfə üstələyib.
Qeyd edək ki, cari ilin birinci rübündə idxal olunan tütün və tütünün sənaye əvəzediciləri ümumi idxalın 0,47%-ini, ixrac isə ümumi ixracın 0,15%-ini təşkil edib.