...

Roma Papası Ukrayna və Qəzza zolağı ilə bağlı çağırış edib

Dünya xəbərləri Materials 11 May 2025 16:29 (UTC +04:00)
Roma Papası Ukrayna və Qəzza zolağı ilə bağlı çağırış edib

Bakı. Trend:

Roma Papası XIV Leo Ukrayna, Yaxın Şərqdə və Hindistan və Pakistan arasında sülhə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Papa XIV Leo ilk bazar ayinində deyib.

"Mən sizi Ukraynada mümkün qədər tez ədalətli və davamlı sülhə nail olmaq, bütün məhbusların azad edilməsi və uşaqların ailələrinə qaytarılması üçün lazım olan hər şeyi etməyə çağırıram. Qəzza zolağında baş verənlərdən çox kədərlənirəm. Əhaliyə humanitar yardım göstərin və bütün girovları azad edin. Mən Hindistan və Pakistan arasında atəşkəs xəbərini eşitməkdən məmnunam və ümid edirəm ki, danışıqlarda tezliklə razılıq əldə olunacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti