Bakı. Trend:
Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət intensivliyini artırmaq üçün mərkəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq etməklə yanaşı, yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Hal-hazırda yollardakı vəziyyət:
1. Mikayıl Useynov prospekti, Dövlət Bayraq Meydanının
qarşısından "Azneft" dairəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro
stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində sıxlıq müşahidə olunur.