...

Dünya birjalarında yüksəliş müşahidə olunur

Dünya xəbərləri Materials 12 May 2025 14:56 (UTC +04:00)
Dünya birjalarında yüksəliş müşahidə olunur
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Çinin idxal rüsumları ilə bağlı ortaq məxrəcə gəlməsi fonunda dünya birjalarında yüksəliş müşahidə olunmaqdadır.

Bu barədə Trend xəbər verir.

Nyu-York Fond birjasında əsas indekslər müsbət dinamika sərgiləməkdədir. “Dow Jones” sənaye indeksi üzrə fyuçerslər 2,1%, “S&P 500” və “Nasdaq”da isə müvafiq olaraq 2,7% və 3,6% qalxıb.

Bunan əlavə, Honq-Konq fond birjasının aparıcı “Hang Seng” indeksi ticarət sessiyasının sonuna 3 faiz yüksəlib.

Avropaya gəlincə, Almaniyada Frankfurt fond birjasında DAX indeksi 1,2 faiz qalxıb. Paris birjasının əsas indeksi sayılan CAC 40 1,4 faiz, Londonun “FTSE 100” indeksi isə 0,36% yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti