Bakı. Trend:
ABŞ Hindistan və Pakistan arasındakı ərazi mübahisəsinin həllini tapmağa çalışmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Hətta müzakirə olunmasa da, mən bu böyük ölkələrin hər ikisi ilə ticarət həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm. Bundan əlavə, "min ildən sonra Kəşmir üçün bir həll yolu tapıla biləcəyini görmək üçün hər ikinizlə işləyəcəyəm", - deyə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazib.
Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin Pahalqam şəhərində 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri terrorçuların Pakistandakı bazalarına zərbələr endirməyə başlayıb.